11 fevral 2011 01:09

Kamran Ağayev: Ola bilər uduzaq, amma inanmıram Neftçi bizi udsun

“Xəzər Lənkəran”ın və yığma komandamızın qapıçısı Kamran Ağayev azerisport.az saytının suallarını cavablayıb.
 
- Yığma komandamızın macarlarla görüşdə zəif oyununun səbəbini nədə görürsüz?
- Ona görə ki, baş məşqçi bəzi mövqelərdə yeni oyunçuları yoxlayırdı. Həm də uzun müddət idi bir araya gəlmirdik, fasilədən sonra ilk dəfə idi toplaşırdıq. Oyun təcrübəsinin azlığı da sözünü dedi. Belə oyunlar da ona görədi ki, seçmə mərhələ oyunlarına daha yaxşı hazırlaşa bilək. Zəif oyunumuza gəlincə, deməli biz özümüz zəif oynayırıq da.
 
- Berti Foqts açıq şəkildə bəyan etdi ki, futbolçuların durumundan razı deyil...
- Mən artıq demişəm ki, baş məşqçi bizdən heç vaxt razı qala bilməz. Bizim qrupda sadəcə 3 xalımız var, bundan o, necə razı qala bilər ki? Lakin mən heç də məğlubiyyətdə ancaq futbolçuların formada olmamasını görmürəm.
 
- Bəs sizcə nə səbəb oldu?
- Bəzi oyunçularda ustalıq çatışmır. Bizdə baza yoxdu, Azərbaycanda səviyyə aşağıdı.
 
- Dubaydakı bu nəticə “Böyük oyun”a təsir etməyəcək ki?
- Biz həmişə irəli baxırıq. Uduzduq, indi qarşıdakı oyunda qələbə qazanmağa çalışacağıq. Avstriya ilə oyundan sonra hər kəs bizi pisləyirdi. Ancaq Türkiyə üzərindəki qələbəylə vəziyyət tamamilə dəyişdi. Düzdü, qələbələrimiz elə də çox olmur, amma özümüzə gəlirik. “Neftçi” ilə oyuna gəlincə, komandamız çempionatın qızıl medallarını qazanmaq istəyir və bunun üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Bunun üçün isə Bakıda qələbə qazanmalıyıq.
 
- “Xəzər Lənkəran”ın hazırkı durumunu necə dəyərləndirirsiz? Axı sizin qış fasiləsində çoxlu dəyişiklikləriniz oldu...
- “Neftçi”nin heyəti demək olar ki, dəyişmədi. Düşünmək olar ki, bu, onlar üçün yaxşıdı və bizə çətin olacaq. Ancaq mən qətiyyən belə düşünmürəm. Top yumrudu, hər iki komandanın da heyətində 11 oyunçu olacaq. Deməyim odu ki, hər şey meydanda həll olunacaq. “Neftçi”yə iki gün vaxt verirəm, sonra deyəcəm ki, biz onlara meydanda nə edəcəyik (gülür). Bəli, ola bilər ki, uduzaq, ancaq inanmıram ki, “Neftçi” bizi məğlub etsin.
 
- “Böyük oyun”da “Neftçi”nin revanş götürmək kimi stimulu var. Çünki birinci dövrədə uduzmuşdular. Bəs sizin?
- Meydana çıxacağıq ki, qələbə qazanaq. “Neftçi” bizə necə baxırsa, biz də onlara eyni gözlə baxırıq.
 
- Bahodir Nasimovdan qorxmursuz?
- Məni rəqibin sıralarındakı qeyri-futbol adamlarından başqa heç kim qorxutmur. Həmçinin bu oyunda təmiz hakimlik istəyirəm. Hakimlər kiməsə yardım göstərsə, artıq bu düzgün olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.