11 fevral 2011 14:09
Araz Abdullayevin Everton`un düşərgəsinə gedəcəyi tarix dəqiqləşdi
"Neftçi" futbol klubuna İngiltərə təmsilçisi "Everton"dan məktub daxil olub. Azerisport.az xəbər verir ki, məktubda İngiltərə klubunun rəsmiləri, "Everton"la müqavilə imzalayan Araz Abdullayevi komandanın məşqlərində iştirak etmək üçün klubun düşərgəsinə dəvət edir.
Məktubda deyilir: "Bir müddət əvvəl Azərbaycana səfərimiz və klublarımız arasında bağlanan razılaşma ilə əlaqədar, Sizi 14 fevral 2011-ci il və 25 fevral 2011-ci il tarixləri arasında İngiltərəyə, klubumuzun məşqlərinə qatılmağa dəvət edirik. Bu müddət ərzində aşağıda qeyd olunan ünvanda sizi yaşayış yeri ilə təmin etməklə yanaşı, bütün xərcləri üzərimizə götürürük".
Artıq İngiltərə təmsilçisinin məktubuna "Neftçi" tərəfindən rəsmi cavab bildirilib. Araz Abdullayevə uzunmüddətli viza alınması üçün Böyük Britaniya səfirliyinə müraciət edilib. Belə ki, viza məsələsinin həll edilməsindən sonra, Araz Abdullayev "Everton" klubunun düşərgəsinə yollanacaq.
