11 fevral 2011 14:46
Qarabağ Qəbələ ilə oyuna tam heyətlə hazırlaşır
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü baş tutacaq oyunöncəsi komanda uzun bir aradan sonra tam heyətlə məşqə çıxıb.
Yanvarın 27-dən milli komandamızın sıralarında olan Ruaf Əliyev, Elvin Məmmədov, Samir Abasov və Vüqar Nadirov artıq klubun düşərgəsindədi. Eyni zamanda öz millilərinin düşərgəsində olan Admir Teli, Ansi Aqolli və Andrey Rubins də artıq geri dönüb.
Belədə bugün Suraxanı qəsəbə stadionunda komanda tam heyətlə ilk məşqinə çıxıb. Sadəcə Maksim Medvedevin müailəcəsi hələ də davam etdiyindən “Qəbələ” ilə oyunda iştirak etməyəcəyi dəqiqdi.
