11 fevral 2011 14:53
Neftçi`nin də gedənləri qayıtdı
Azərbaycan yığması ilə Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan "Neftçi"nin üzvləri klubun düşərgəsinə qayıdıblar. Azerisport.az xəbər verir ki, Macarıstanla keçirilən hazırlıq matçından sonra Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov bu gün komandanın məşqində iştirak edəcəklər.
Həmçinin, Makedoniya yığmasının heyətində Kamerunla görüşdə iştirak edən İqor Mitreski də komandanın məşqinə qatılacaq.
