11 fevral 2011 15:07
Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı
Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə fevralın 12-dən 22-dək Bakı şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Joze Alesio da Silva toplanışa adları aşağıda göstərilmiş futzalçıları dəvət edib:
Andrey Tveryankin, Marat Salyanski, Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov, Felipe Ribeyro (hamısı “Araz”), Rüfət Balakişiyev, Elvin Quliyev (hər ikisi “Neftçi İSM”), Elnur Zamanov, Zaur Fərziyev (hər ikisi “Ekol”), Dos Santos Maşado, Serjio Luis (hər ikisi “Uraqan”, Ukrayna), Tyaqo Rodriqes (Yarmuk, Küveyt).
