11 fevral 2011 16:29

Aleksandr Starkov: Bütün bacarığımızı ortaya qoyacağıq

Azərbaycan Premyer Liqasının 20-ci turunda "Muğan"ı qəbul edəcək "Bakı" bu oyunun hazırlıqlarını başa vurmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu arada komandanın baş məşqçisi Aleksandr Starkov komandanın hazırkı durumunu dəyərləndirib.
 
- Komanda barədə ilkin təəssüratlarınızı bilmək maraqlı olardı?
- Komanda ilə təlim-məşq toplanışı zamanı tanış oldum. Vaxtımız az olsa da, kifayət qədər məlumat toplaya bildim. Komanda barədə fikrim müsbətdi. Oyunçuların davranışı, əzmkarlığı, mehribaçılıq və kollektiv xarakter nümayiş etdirməsi ürəyimcədi.
 
Görülməli çox işlər var. Antalyada keçirdiyimiz təlim-məşq toplanışı zamanı bütün müsbət və mənfi cəhətlərimizi öyrənməyə çalışdıq. Zəif nöqtələrimizi müəyyən edib, həm taktiki, həm də funksional hazırlıq üzərində çalışmalarımızı davam etdirəcəyik.
 
- Sizi narahat edən amillər varmı?
- Bir neçə futbolçumuzun zədəli olması məni qayğılandırır. Əsasən də, Stefan Borbikoni və Ernad Skuliçin sıradan çıxması bizim üçün ciddi itkidi. Hər ikisi əsas heyətin oyunçularıdı və il boyu demık olar ki, bütün oyunlarda meydana çıxıblar. Boşluq yaranmaması üçün müxtəlif variantları nəzərdən keçirirəm. 
 
Eyni zamanda Aqil Məmmədov, Vaqif Cavadov və Fabio Luis Ramim milli komandanın düşərgəsində olduqlarından komanda ilə birgə hazırlaşa bilməyiblər. Onlar yalnız bu gün bizə qoşulublar. Bu da bizim üçün çətinlik yaradan amillərdən biridi.
 
- Milli komandadan söhbət düşmüşkən, Latviya - Boliviya oyunu barədə nə deyə bilərsiniz?
- Oyun çox xoşuma gəldi. Hər iki komanda sürətli və hücumameylli oyun nümayiş etdirdi. Sevindirici cəhət bu oldu ki, biz qalib gəldik. Latviya millisi səviyyəli oyun göstərdi. Boliviya güclü komandadı. Təkcə Donetsk "Şaxtyor"undan tanıdığımız Morenanın adını çəkmək kifayətdi. O, dünyaca tanınmış oyunçulardan biridi. Belə güclü rəqibə qalib gəlməklə bir daha milli komandamızın iddialı olduğunu ortaya qoyduq. Oyun və nəticədən razı qaldım.
 
- Sabahkı rəqibimiz barədə nə deyə bilərsiniz?
- "Muğan" ciddi rəqibdi, bunu söz xatirinə demirəm. Onlar birinci dövrədə bizdən 3 xal alıblar, məncə elə tək bu fakt "Muğan"ın güclü komanda olduğunun göstəricisi kimi qəbul oluna bilər. Bu komandaya qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik. Bilirəm ki, klubumuzun rəhbərliyi və azarkeşlərimiz bizdən yalnız qələbə gözləyirlər. Sizi əmin edirəm ki, sabah qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoyacağıq.
 
Mənbə: "Bakı"nın rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.