11 fevral 2011 17:11
Ölkə çempionatında bir qarşılaşma təxirə salındı
Azərbaycan çempionatının birinci divizionunun bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu haqda PFL prezidenti Ramin Musayev əmr verib.
Buna “Anşad-Petrol” klubunun PFL-ə ünvanladığı məktub səbəb olub. Klub rəhbərliyi müraciətlərində təşkilatı işlərlə əlaqədar olaraq 13 fevral 2011-ci il tarixində keçirilməli olan "Karvan" - "Anşad-Petrol" matçının başqa tarixə dəyişdirilməsini xahiş ediblər. PFL prezidenti də öz növbəsində buna müsbət qərar verib.
Lakin maraqlıdı ki, “Anşad-Petrol”un qış yuxusundan ayıla bilməməsinin konkret səbəbləri haqda heç bir məlumat verilmir. Çox güman ki, bu başıbəlalı klubda maliyyə problemləri vəziyyəti bu həddə çatdırıb.
