11 fevral 2011 20:55
Rəşad Sadıqov Eskişeherspor`dan rəsmən ayrıldı
Yığmamızın kapitanı Rəşad Sadıqov Türkiyən “Eskişehirspor” klubu ilə yollarını rəsmən ayırıb. Azerisport.az xəbər verir ki, bu haqda xəbəri Eskişehir klubunun rəsmi saytı da təsdiqləyib.
Rəsmi açıqlamada bildirilir ki, Sadıqov ilə olan sözləşmə qarşılıqlı razılıq əsasında ləğv edilib. “Eskişehirspor” klubu həmyerlimizə indiyə qədərki xidmətlərinə görə təşəkkür etməklə yanaşı, futbol həyatında uğurlar arzulamağı da unutmayıb.
Beləliklə, son günlər Rəşadı geri qaytarmaq üçün danışıqlar aparan “Qarabağ” rəsmiləri istəklərinə çatıb. Artıq Sadıqovun Premyer Liqanın qarşıdakı turlarında yenə Ağdam klubunun sıralarında görə biləcəyik.
