11 fevral 2011 12:00
Yığmamız Gürcüstanla yoldaşlıq oyunu keçirəcək
Fevralın 17-də və 19-da, Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma saat 14:30-da başlayacaq.
