11 fevral 2011 12:12
Rodriqinyo: Xəzər Lənkəran`a qalib gələcəyik
"Neftçi"nin yeni transferi braziliyalı Rodriqinyo əsas məqsədlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi son açıqlamasında bunları dilə gətirib:
"Transferim gündəmə gəldiyində, internetdə bu klub haqqında bütün məlumatları oxumağa başladım. Burada çıxış edən futbolçularla əlaqə saxladım və gəlməyə qərar verdim. "Neftçi"nin Azərbaycanda ən böyuk və ən köklü klub olduğunu bilirəm. Burada olduğum üçün özümü xoşbəxt hiss edirəm. Klubda atmosfer çox yaxşıdı və bu bir klub üçün müsbət haldı.
Azərbaycanda futbol, Braziliyadan fəqrli oynanılır. Sizin çempionatınızda daha sərt mübarizəyə üstünlük verirlər. Əsas məqsədim "Neftçi" ilə çempion olaraq, Çempionlar Liqasında iştirak etməkdi. Fevralın 13-də çempionluq yarışında rəqiblərimizdən biri olan "Xəzər Lənkəran"la qarşılaşacağıq. Bu oyunda nəyə qadir olduğumuzu göstərərək, qalib gələcəyik”.
