11 fevral 2011 12:42
Xəzər Lənkəran Kiyev Dinamo`sunun yetirməsini alır (FOTO)
“Xəzər Lənkəran” daha bir transfer həyata keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, cənub klubu hələ də həll edə bilmədiyi qapıçı çatışmazlığını aradan qaldırmaq yönündə çalışamalarını davam etdirir.
Hazırda bölgə klubu 24 yaşlı ukraynalı qapıçı Yevgeni Kopillə danışıqlar aparır. Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan bu futbolçu son mövsümü “Zarya”da keçirib.
