12 fevral 2011 14:44

Mircavadov: Həm Neftçi`yə, həm də XL-a azarkeşlik edəcəm

“Neftçi” və “Xəzər Lənkəran” arasında sabah keçiriləcək “Böyük oyun” ərəfəsində bu iki komandanın hər ikisini çalışdırmış təcrübəli mütəxəssis Ağasəlim Mircavadov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Hər iki komandada çalışmış bir mütəxəssis kimi sabahkı “Böyük oyun”dan nə gözləyirsiz?
- “Neftçi” və “Xəzər Lənkəran”dan gözəl oyun gözləyirəm. Bizi çox maraqlı oyun gözləyir. Hər iki komanda çempionluğa oynadığından, komandalar gərgin və maraqlı oyun göstərməyə borcludular. Bütün azarkeşləri stadiona çağırıram. Futbol azarkeşsiz futbol deyil. Qoy bütün fanatlar komandalarını stadiondan dəstəkləsin.
 
- Bəs siz hansına azarkeşlik edəcəksiz?
- Həm “Neftçi”yə, həm də “Xəzər Lənkəran”a azarkeşlik edəcəm. Hər iki komanda mənə yaxındı. Buna görə də arzulayıram ki, güclü olan qalib gəlsin.
 
- Bu komandaların qış transferlərini necə dəyərləndirirsiz?
- Mən klubların transfer çalışmaları ilə maraqlanmırdım. Bildiyimə görə, “Xəzər Lənkəran” 7-8 alıb. Ancaq futbolçuların gətirilməsi o demək deyil ki, onlar hamısı ulduz olacaqlar. Hər futbolçu Azərbaycana uyğunlaşa bilmir. Hətta çox yaxşı futbolçular da bizdə özünü göstərə bilmir və komandadan ayrılmaq məcburiyyətində qalır. Elə “Neftçi” də transferlərinin bəhrəsini mövsümün sonunda görəcək. Sabahkı oyunda isə komanda oyunu sərgiləyən tərəf qalib gələcək.
 
- “Neftçi” haqda fikirləriniz maraqlıdı. Arif Əsədovun komandası artıq neçə turdu liderlik edir...
- Hələ bu mövsüm sabit oyunu ilə fərqlənən komanda görməmişəm. Əgər “Neftçi” liderdirsə, deməli, buna layiqdi. “Böyük oyun” ətrafında ajiotaj çox olur və flaqman xarakrer göstərməyə borcludu. Onlar Lənkəranda uduzduğundan, indi revanş götürməlidilər.
 
- Mirça Rednikin XL-a gəlişindən sonra nə dəyişib?
- Onun gətirdiyi legionerlərin öz sözünü deməsi üçün zaman lazımdı. Cənubluların yenilərinin Rumıniya yoxsa sırf müasir futbol sərgiləyəcəyi mənim üçün də məlum deyil. İstənilən halda bütün rumın oyunçular eyni vaxtda meydana çıxa bilməyəcək. Buna görə də, XL-ın hansı start heyəti ilə meydana çıxacağı da maraq doğurur. Hesab edirəm ki, “Böyük oyun”da aşkar favorit yoxdu.
 
- Əgər “Neftçi” bu görüşdə qələbə qazansa, onları indidən çempionluğa görə təbrik etmək olar?
- “Neftçi” qələbə qazansa belə, bu, çempionluq oyunu deyil. Qarşıda hələ “altılıq” oyunları var və kimin güclü olduğunu biz orda görəcəyik. Siz AZAL, “Bakı”, “İnter”, “Qəbələ” və digər komandaları unutmayın. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında bir qayda olaraq bütün oyunlarda ancaq qələbəyə köklənir. “Neftçi” bu oyunda qələbə qazanmaqla sadəcə şanslarını artıra bilər.
 
- Bəs sizcə, ilk altılıqdan kənarda qalan komanda hansı olacaq?
- “İnter”in qarşıda “Simurq” və MOİK ilə oyunları var. Birinci mərhələnin sonunda onlar XL-la oynayır. “Bakı” “Muğan” və “Turan”la qarşılaşacaq. Sonuncu turda isə Starkovun komandası AZAL ilə görüşəcək. “Qəbələ” və “Qarabağ” mübarizəsini sona kimi davam etdirəcək. Odu ki, hələ heç nə itirilməyib. 3-4 komanda “altılıq”dan kənarda qala bilər. Əgər hansı bu aqibəti yaşasa, ancaq özünü günahlandırmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.