12 fevral 2011 15:18
Böyük oyunların tarixinə kiçik səyahət
Sabah Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunda çempionatımızın ən prinsipial matçlarından biri baş tutacaq. Azerisport.az xəbər verir ki, “Böyük oyun” adı verilmiş “Neftçi” və “Xəzər Lənkəran” klublarının duellərində 16-cı “səhnə”nin şahidi olacağıq.
Qeyd edək ki, Lənkəran klubunun yarandığı gündən barışmaq rəqibə çevrilən bu iki komanda indiyə qədər milli çempionatlarımızda 15 dəfə qarşı-qarşıya gəliblər. Statistik göstəricilərə nəzər saldıqda, “Neftçi”nin müəyyən üstünlüyünün şahidi oluruq. 15 oyunun 6-da “ağ-qaralar”, 5-də “ağ-yaşıllar” qələbə qazanıbsa, qalan 5 görüşdə də heç-heçə qeydə alınıb. Topların fərqində də “Neftçi” irəlilədi – 13:12.
Bütövlükdə isə, indiyəqərki bütün “Böyük oyun”ların siyahısı belədi:
2004/05
Xəzər Lənkəran – Neftçi – 1:1
Qollar: Oktay Dərəlioğlu – Emin Quliyev
Neftçi – Xəzər Lənkəran – 2:1
Qollar: Zaur Tağızadə (2) – İlqar Qurbanov
Qızıl oyun
Neftçi – Xəzər Lənkəran – 2:1
Qollar: Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
2005/06
Xəzər Lənkəran – Neftçi – 0:1
Qol: Nadir Nəbiyev
Neftçi – Xəzər Lənkəran – 2:2
Qollar: Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov.
2006/07
Xəzər Lənkəran – Neftçi – 2:1
Qollar: Zaur Ramazanov (2) – Svetoslav Stefanov
Neftçi – Xəzər Lənkəran – 1:0
Qol: Vadim Borets
2007/08
Xəzər Lənkəran – Neftçi – 0:1
Qol: Georgi Adamiya
Neftçi – Xəzər Lənkəran – 0:1
Qol: Rəşad Abdullayev
2008/09
Xəzər Lənkəran – Neftçi – 2:0
Qollar: İvan Svetkov, Rəşad Abdullayev
Neftçi – Xəzər Lənkəran – 2:1
Qollar: Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
2009/10
Xəzər Lənkəran – Neftçi – 0:0
Neftçi – Xəzər Lənkəran – 0:0
Xəzər Lənkəran – Neftçi – 0:0
Neftçi – Xəzər Lənkəran” – 0:0
2010/11
Xəzər Lənkəran – Neftçi – 1:0
Qol: Dieqo Ruis
