12 fevral 2011 16:54
Muğan İsveç yığmasının sabiq oyunçusuyla gücləndi
“Muğan”ın məşqçilər korpusu baxışa dəvət etdiyi iki isveçli futbolçudan birini bəyəndiyi halda, digərini geri qaytarıb. Azerisport.az xəbər verir ki, Salyan klubu 30 yaşlı Patrik Redonu bəyənməyib.
Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Redo son iki mövsümü İsveçin "Yoncöpinq" klubunda keçirmişdi və 42 oyunda 5 dəfə fərqlənə bilmişdi.
Əvəzində klub rəhbərliyi 1982-ci il təvəllüdlü hücumçu Con Pelu ilə müqavilə bağlamağa qərar verib. Burkina Fasoda anadan olan bu futbolçu İsveçdə yaşadığından elə buranın vətəndaşlığını daşıyıb. Karyerası ərzində də elə İsveç və Norveç çempionatlarında çıxış edib. “Östers”, “Kongsvinger”, “Rosenborg”, “Haugesund”un şərəfini qoruyan forvard 5 il ərzində bu komandalarda cəmi 25 qol vurmağa nail olub.
Qeyd edək ki, bu futbolçu İsveçin 18 və 19 yaşlılardan ibarət yığmalarında da çıxış edib.
