12 fevral 2011 17:43
Nazim Süleymanov Gəncə`ni stimullaşmada ittiham etdi
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Gəncə” ilə oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı qolsuz tamamlanan görüşdən sonra bunları dilə gətirib:
“Görünürdüyü kimi, “Gəncə” bura heç-heçə üçün gəlmişdi. Onlar meydanda bütün güclərini qoymağa çalışırdılar. Bəzi epizodlarda biz öz şanlarımızdan yararlana bilmədik. Onu da deməliyəm ki, rəqibin bu oyuna stimullaşdırıldığını da hiss etdim”.
