12 fevral 2011 17:51
Fuad İsmayılov AZAL-ın baş məşqçisinin cavabını verdi
“Gəncə”nin baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun AZAL ilə oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, bölgə klubunun çalışdırıcısı qolsuz tamamlanan görüşdən sonra həm də rəqib həmkarı Nazim Süleymanovun ittihamlarına cavab verib:
“Gəncə” heç vaxt kənardan olan köməyə ehtiyac duymayıb və stimullaşdırılmayıb. Biz Premyer Liqanın qalan dövründə də bu cür oyun sərgiləməkdə davam edəcəyik. Oyunçular çatışmazlıqlarını özləri meydanda görməlidi”.
