12 fevral 2011 20:37
Naci Şensoy: Daha yaxşı oynaya bilərdik
“Turan”ın baş məşqçisi Naci Şensoy Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun MOİK ilə oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Tovuz klubunun köhnə-yeni çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“İlk oyun həmişə çətin olur. Çempionat oyunlarına alışmaq lazımdı. Bu gün biz daha da yaxşı oynaya bilərdik. Yeni komanda qururuq, futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyacımız var. Qalib gəldik, 3 xal qazandığımız üçün şadam. MOİK ilk hissədə bir neçə qol imkanı əldə etdi, fərqlənə bilərdi. Cəsarətlə oynadıqları üçün onları təbrik edirəm. Akif Tağıyev kimi gənc futbolçunun iki il sonra Azərbaycanın əsas milli komandasında oynayacağına inanıram. Bugünkü oyunda hakimlərin idarəçiliyi yaxşı səviyyədə idi.
