12 fevral 2011 21:05
"Hesab oyuna görə oldu"
“Muğan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Bakı” ilə oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Salyan klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakı” fiziki cəhətdən çox güclü komandadı. Ancaq onlardan daha çox şey gözləyirdim. Hesab oyuna görə oldu”.
