12 fevral 2011 21:18
Starkov: Heç-heçənin səbəbi Jaba və Roşanın yoxluğu deyil
“Bakı”nın yeni baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Muğan”la oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Birinci hissədə pis oynamadıq. İkinci hissədə də qol vura bilərdik. Ancaq rəqibin qolu bizi ruhdan saldı. “Muğan” sıradan komanda deyil. Oyunçularıma istəklərinə görə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, bu dəfə alınmadı. Heç-heçəyə Roşa və Jabanın yoxluğu səbəb olmadı. Birinci dövrədə “Bakı” onlarla Salyanda bu komandaya məğlub olmuşdu”.
