12 fevral 2011 11:46
Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərə Premyer Liqası təmsilçilərindən olan “West Bromwich” özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, bu günlərdə italiyalı çalışdırıcısı Roberto di Matteo ilə yollarını ayıran klub rəhbərliyi onun yerinə Roy Hocsonu gətirməyə qərar verib.
Klubdan verilən açıqlamaya görə, Hocsonla 2012-ci ilin iyun ayına kimi müqavilə imzalanıb. Qeyd edək ki, Roberto di Matteo ötən bazar “Manchester City” klubuna 3 cavabsız qolla məğlub olduqdan sonra postundan qovulmuşdu. Onun dövründə komanda 25 oyuna 26 xalla 17-ci pillədə qərarlaşıb və təhlükəli zonanın həndəvərindədi.
Qeyd edək ki, Hocson ötən mövsüm “Fulham” klubunun UEFA kubokunun finalına çıxarmışdı və ilin ən yaxşı məşqçisi adına layiq görülmüşdü. Lakin mövsümün əvvəlində “Liverpool”a gələn mütəxəssis burda uğur qazana bilməyincə, yanvarda istefaya göndərilmişdi.
