12 fevral 2011 12:00
XL-ın forvardı MOİK-də
"Xəzər Lənkəran"ın forvardı Xaqani Məmmədov MOİK-ə keçib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin transferə çıxardığı hücumçu öncə "Simurq"un maraq dairəsində olsa da, son anda tibbi müayinə zamanı zədəsi aşkarlandığı üçün ondan imtina etmişdi.
Belədə, Zaqatala klubundan ayrılan futbolçu "Muğan"la danışıqlara başlamışdı. Lakin görünür, Salyan təmsilçisi ilə də anlaşa bilməyən oyunçunun adına bu gün Peşəkar Futbol Liqasının rəsmi saytında MOİK-in iştirak ərizəsində rast gəlmək mümkündü. Bu isə o deməkdi ki, Məmmədov ən azı mövsümün sonuna kimi "həbrçilər"in sırasında yer alacaq.
