12 fevral 2011 00:06

Qaldığı yerdən...

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır. Azerisport.az xəbər verir ki, 51 günlük fasilədən sonra elita təmsilçiləri yeni ilin ilk – 20-ci turunun oyunlarına çıxacaqlar.
 
Qeyd edək ki, arxada qalan 2 aya yaxın müddət ərzində, 19-cu milli çempionatın iştirakçıları müxtəlif səviyyədə hazırlıq prosesi keçiriblər, çoxsaylı transferlər ediblər. Odu ki, bəzi klubların daha yaxşı, bəzilərinin daha pis, bəzilərinin isə elə eyni səviyyəli oyununun şahidi ola biləcəyik.
 
Fasilədən sonrakı ilk oyun isə MOİK və Turan arasında baş tutacaq. Nə qədər təəssüf doğuran məqam olsa da, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda (!) keçiriləcək görüşdə autsayderlərin duelini izləmiş olacağıq. Heyətini bir sıra oyunçularla gücləndirən “hərbçilər” hazırda sonuncu pillədə qərarlaşıblar və əsas rəqiblərindən olan Tovuz klubunu məğlub yola salmağa çalışacaqlar. Lakin “Turan” da köhnə-yeni baş məşqçisi Naci Şensoyun rəhbərliyi altında iddiasını artırıb və paytaxta heç də məğlub olmaq üçün gəlmir.
 
İlk altılıqdakı yerini təmin etməyi rəsmiləşdirmək istəyən AZAL doğma meydanda “Gəncə” ilə qarşılaşacaq. Hansı ki, iddiası qalmayan bölgə təmsilçisi sadəcə ikinci altılıqda lider olmaq üçün xal ehtiyatını artırmaq haqda düşünə bilər. Nazim Süleymanovun rəhbərlik etdiyi paytaxt klubu isə cari mövsüm kifayət qədər iddialıdı və bu görüşdən də qalib ayrılmaqla liderlərdən hansısa birinin və ya hər ikisinin xal itkisindən maksimum yararlanmaq haqda düşünür.
 
İlk oyun gününün ən prinsipial qarşılaşması isə “Bakı” və “Muğan” arasında baş tutacaq. Vinfrid Şeferin rəhbərliyi altında cari mövsümün indiyəqədərki dövrünü demək olar ki, boşa verən “zolaqlılar” qış transfer pəncərəsində ciddi transferlər etmədi. Əksinə bir neçə oyunçuyla yollarını ayıran paytaxt klubu Jaba və Roşa kimi aparıcı futbolçuların da xidmətindən yararlanmayacaq. Klubun əsas transferi olan latviyalı mütəxəssis Aleksandr Starkovun belə çətin durumda komandaya nə dərəcədə faydalı olacağı isə böyük maraq doğurur. Taleyi heç də öz əlində olmayan “Bakı” ən azı son 3 matçda mütləq qələbə qazanmalıdı. Bunlardan birincisi isə ilk dövrədə Salyanda qələbə qazanan “Muğan”dı. Salyan klubu hazırda fərqli baş məşqçinin əli atlında olsa da, hər halda iddialıdı və yenə “zolaqlılar”a zərbə vurması istisna deyil.
 
Elə ikinci oyun günündəki “Qarabağ” – “Qəbələ” matçı da “Bakı” üçün az əhəmiyyət kəsb etmir. Qəbələ klubunun məğlubiyyətini arzulamaqla, onları keçib, “altılığ”a qalxmağı hədəfləyən Starkovun komandasının bu ümidlərinin doğrulması isə Ağdam klubundan asılıdı. Hansı ki, millimizin kapitanı Rəşad Sadıqovun gəlişi ilə sıralarını daha da genişləndirdi və Toni Adamsın komandasından ilk dövrədəki yenilginin qisasını almaqla, öz durumlarını yaxşılaşdırmağı hədəfləyirlər. 6 xallıq, həm də digər klubların taleyinin həll olunduğu bu qarşılaşmaya maraq ən azı mərkəzi qarşılaşmadakı qədər olacaq desək, yanılmarıq.
 
Son çempion “İnter”i isə vaxtilə “farm klubu” hesab olunan, hazırda isə bu söhbətləri öz iddiasızlığı ilə sübuta yetirən “Simurq”la duel gözləyir. Ciddi dəyişikliklərə əl atmayan “Birlik Kuboku”nun qalibi ilə görüşdə Qyoko Haciyevskinin bəzi təcrübəli futbolçularla gücləndirdiyi Zaqatala klubunun hansısa sürpriz nəticəyə imza atması inandırıcı görünmür.
 
Nəhayət, turun mərkəzi və son görüşü haqda. Məlum olduğu kimi, 2 aydı hər kəs bu prinsipial görüşdən danışır və bütün diqqətlər Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” görüşünə yönələcək. Turnir cədvəlinin ilk 2 pilləsinə sahiblik edən komandaların mübarizəsində qalib gələn tərəf çempionluq yolunda çox vacib nəticə qazanmış olacaq. Bu baxımdan “Neftçi”nin şansları daha yüksək qiymətləndirilir. Ən azı ona görə ki, qarşılaşma Lənkəranda yox, Bakıda keçiriləcək. Digər tərəfdən paytaxt klubu qış fasiləsində elə də ciddi dəyişikliklərə əl atmadan, heyətinə 1-2 legioner qatıb ki, bu da, çox müsbət dəyərləndirilir.
 
“Xəzər Lənkəran”da isə vəziyyət fərqlidi. Xeyli sayda oyunçusunu yola salan, əvəzində 12 futbolçunu heyətinə qatan Mirça Rednikin komandasının müəyyən problemlərlə üzləşəcəyi istisna olunmur. Lakin nəzərə alsaq ki, rumıniyalı mütəxəssis vaxtilə yaxından tanıdığı bu futbolçulara inandığı üçün komandasına dəvət edib, deməli, nəsə gözləməyə dəyər.
 
Bütövlükdə isə, “ağ-qaralar” bu qarşılaşmada prinsipial rəqibindən ilk dövrədəki yenilginin qisasını almaqla yanaşı, digər tərəfdən də aralarındakı xal fərqini 4-ə qaldırmağı çalışacaq. “Ağ-yaşıllar” isə əksinə, bu rəqibini şəxsi oyunda üstələməklə, zirvəyə çıxmaq şansından yararlanmaq istəyir.
 
Premyer Liqa
20-ci tur
12 fevral (şənbə)
 
MOİK - Turan
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 13:30.
 
AZAL - Gəncə
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev.
Bakı. "Şəfa" stadionu. Saat 15:00
 
Bakı - Muğan
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:30.
 
13 fevral (bazar)
 
Qarabağ - Qəbələ
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
 
İnter - Simurq
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
1
Neftçi
19
12
5
2
36-9
41
2
Xəzər Lənkəran
19
12
4
3
23-10
40
3
AZAL
19
9
7
3
26-14
34
4
İnter
19
10
4
5
17-13
34
5
Qarabağ
19
10
3
6
21-13
33
6
Qəbələ
19
8
6
5
19-10
30
7
Bakı
19
8
4
7
26-20
28
8
Gəncə
19
5
7
7
23-26
22
9
Muğan
19
5
5
9
11-22
20
10
Turan
19
2
6
11
14-29
12
11
Simurq
19
2
6
11
12-28
12
12
MOİK
19
1
3
15
6-40
 6

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.