12 fevral 2011 12:25
İnter`in daha iki futbolçusu əsgərliyə getdi
MOİK son Azərbaycan çempionu olan “İnter”in daha bir futbolçusunu heyətinə qatıb. Azersport.az xəbər verir ki, bir müddət əvvəl adı hərbi xidmətə çağırılan futbolçular siyahısında olan Səlahət Ağayev “bankirlər”dən ayrılıb.
Beləliklə, millimizin qapıçılarından olan bu futbolçu da hərbi xidmətə yollanmaq məcburiyyətində qalıb. Artıq Artıq MOİK Ağayevi heyətinə cəlb edib. Futbolçunun adı PFL-ə təqdim olunan sifariş ərizəsindədi.
Maraqlıdı ki, “İnter”in daha bir gənc oyunçusu, hücumçu Səbuhi İsmayılovun da adı MOİK-in iştirak ərizəsindədi. Lakin onun adı “İnter”in də iştirak ərizəsindən çıxarılmayıb. Odu ki, bu futbolçunun bundan sonra harda oynayacağı hələ tam dəqiqləşməyib.
Xatırladaq ki, MOİK hərbi xidmətə aparılan “İnter”in digər üzvü, yarımmüdafiəçi Nizami Hacıyevi də heyətinə qatmışdı.
