12 fevral 2011 13:01
Azərbaycan çempionu Rusiya klubunda
“İnter”in sabiq futbolçusu Georgi Navalovski özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, ötən mövsümün ikinci yarısında “bankirlər”in şərəfini qorumuş 24 yaşlı müdafiəçi qarşıdakı mövsümdə Rusiyanın birinci divizionunda oynayacaq “Alaniya” ilə anlaşıb.
Transfer hüququ “Anji”yə məxsus olduğu vaxt “İnter”ə gələn Navalovski paytaxt klubunun heyətində 18 oyuna 1 qol da vurmuş və Azərbaycan çempionu adını qazanmışdı. Azərbaycandan ayrıldıqdan sonra isə Georgi “Volqa”ya yollanmışdı. Lakin bu klub Premyer Liqaya vəsiqə qazanandan sonra Navalovskinin xidmətinə ehtiyac duymamışdı.
