13 fevral 2011 13:32
Böyük oyun Mahmud Qurbanovun gözündə
Azərbaycanın veteran futbolçularından olan “Bakı”nın təcrübəli yarımmüdafiəçisi Mahmud Qurbanov bu gün keçiriləcək “Böyük oyun” ərəfəsində komandaların şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, vaxtilə şərəfini qoruduğu “Neftçi” və “Xəzər Lənkəran”ın bu günkü görüşünü belə şərh edib:
“Hər iki klub mənim karyeramda önəmli yer tutur. Onlarla birgə mən ölkə çempionluğunu qazanmışam, ölkə kubokuna sahib çıxmışam. “Böyük oyun”a hər kəs xüsusu hazırlaşır və bilir ki, nəticə azarkeşlər üçün nə qədər önəmlidi. Mən bu klubları ayıra bilmərəm. Düşünürəm ki, bu mövsüm əsas rəqabət məhz bu iki komanda arasında gedəcək. Çünki onlar daha yaxşı oyun sərgiləyirlər. Görək bu dəfəki derbi necə başa çatacaq”?
