13 fevral 2011 14:36
Ramiz Məmmədov üçün argentinalı futbolçu
Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubu Türkiyədəki hazırlıq prosesini davam etdirir. Azerisport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Qəbələ”nin sabiq baş məşqçisi hazırda bir argentinalı və qazax oyunçunu sınaqdan keçirir.
Sergey Kuçov “Kayrat”ın sabiq oyunçularındandı və böyük ehtimalla karyerasını həmyerlilərimizin komandasında davam etdirəcək. Baxışda olan digər futbolçu isə argentinalı Xavyer İqnasio Leondu. 28 yaşlı mərkəz müdafiəçisi Peru, Uruqvay, Boliviya, Argentina, İsveç və Çili çempionatlarında çıxış edib. Qeyd edək ki, bu futbolçu “Atırau”da qalsa, Qazaxıstanda ilk argentinalı olacaq ki, Ramiz Məmmədov belədə bu ölkənin futbol tarixinə düşə bilər.
