15 fevral 2011 01:58
İspaniya çempionatı: Liderlər fərqi 5-ə endirdi (YENİLƏNİB)
İspaniya La Liqasında 23-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Tur lider “Barcelona”nın xal itkisiylə start götürüb. Kataloniyalılar “Sproting”lə görüşdə son anda məğlubiyyətdən yaxa qurtara biliblər. “Sevilla” isə səfərdə “Racing”ə son dəqiqələrdə buraxılan qolla yenilib. “Atletico” da doğma meydanda “Valencia” ilə mübarizədən məğlub ayrılıb.
İkinci oyun günündə də maraqlı qarşılaşmalar oynanılıb. Bunların arasında isə daha çox üçüncülük iddiasında olan "Villareal" səfərdə autsayderlər qrupunda qərarlaşan "Deportivo" ilə səfər görüşündə məğlub olmaqla, vəziyyətini pisləşdirib. Səfərdə "Espanyol"la qarşılaşan "Real" isə lider "Barsa"nın xal itkisindən maksimum yararlanıb.
Turun qapanış matçında "Mallorca" doğma meydanda "Athletic"i qəbul edib və erkən vurulan yeganə qol sayəsində rəqibindən 3 xal almağı bacarıb.
İspaniya La Liqası
23-cü tur
12 fevral
Atletico – Valencia – 1:2
Qollar: Reyes, 3 – Xoakin, 41; 86.
Matçın 58-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Forlan penaltidən yararlana bilməyib
Sporting Gijon – Barcelona – 1:1
Qollar: Barral, 16 – Vilya, 80
Racing – Sevilla – 3:2
Qollar: Salas, 12, Rakitiç, 19-öz qapısına, Arana, 90 – Fazio, 40, Fabiano, 83-pen.
Matçın 17-ci dəqiqəsində qonaqların heyətində Xesus Navas penaltidən yararlana bilməyib.
13 fevral
Hercules - Zaragoza - 2:1
Qollar: Farinos, 80, Trezeqe, 89 - Braulio, 4.
Levante - Almeria - 1:0
Qol: Kaysedo, 52.
Malaga - Getafe - 2:2
Qollar: Baptista, 80-pen, Rondon, 90 - Miku, 8, Kolunqa, 23.
Real Sociedad - Osasuna - 1:0
Qol: Tamudo, 74.
Deportivo - Villarreal - 1:0
Qol: Lopo, 60.
Espanyol - Real - 0:1
Qol: Marselo, 24.
14 fevral
Mallorca - Athletic - 1:0
Qol: Vebo, 11.
| 1 | Barcelona | 23 | 20 | 2 | 1 | 71 | - | 12 | 62 |
| 2 | Real Madrid | 23 | 18 | 3 | 2 | 53 | - | 19 | 57 |
| 3 | Valencia | 23 | 14 | 5 | 4 | 38 | - | 25 | 47 |
| 4 | Villarreal | 23 | 14 | 3 | 6 | 41 | - | 23 | 45 |
| 5 | Athletic Bilbao | 23 | 12 | 2 | 9 | 37 | - | 32 | 38 |
| 6 | Espanyol | 23 | 12 | 1 | 10 | 30 | - | 31 | 37 |
| 7 | Getafe | 23 | 9 | 4 | 10 | 35 | - | 37 | 31 |
| 8 | Sevilla | 23 | 9 | 4 | 10 | 35 | - | 38 | 31 |
| 9 | Real Sociedad | 23 | 10 | 1 | 12 | 34 | - | 37 | 31 |
| 10 | Mallorca | 23 | 9 | 4 | 10 | 25 | - | 30 | 31 |
| 11 | Atletico Madrid | 23 | 9 | 3 | 11 | 32 | - | 31 | 30 |
| 12 | Hercules | 23 | 7 | 4 | 12 | 24 | - | 37 | 25 |
| 13 | Santander | 23 | 6 | 7 | 10 | 20 | - | 33 | 25 |
| 14 | Deportivo | 23 | 6 | 7 | 10 | 20 | - | 34 | 25 |
| 15 | Levante | 23 | 7 | 3 | 13 | 24 | - | 34 | 24 |
| 16 | Gijon | 23 | 5 | 8 | 10 | 23 | - | 31 | 23 |
| 17 | Zaragoza | 23 | 5 | 8 | 10 | 22 | - | 36 | 23 |
| 18 | Osasuna | 23 | 5 | 7 | 11 | 21 | - | 30 | 22 |
| 19 | Almeria | 23 | 4 | 8 | 11 | 23 | - | 39 | 20 |
| 20 | Malaga | 23 | 5 | 4 | 14 | 30 | - | 49 | 19 |
