13 fevral 2011 17:02
Böyük oyun 1 dəqiqəlik sükutla başlayacaq
“Neftçi” və “Xəzər Lənkəran” arasındakı bu günkü qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bakılılar bir il öncə Tovuzdan qayıdarkən dünyasını dəyişən iki əməkdaşlarının xatirəsini yad etməyə qərar veriblər.
Xatırladaq ki, həmin vaxt “Neftçi”nin iki əməkdaşı “Turan”la səfər matçından qayıdarkən avtomobil qəzası nəticəsində həyatını itirmişdi.
