13 fevral 2011 17:17
Sadıqov: Sevinirəm ki, Qarabağ ilk altılıqdakı yerini təmin etdi
Yığma komandamızın və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Türiyədən qayıtdıqdan sonra keçirdiyi ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında təcrübəli müdafiəçi “Qəbələ” üzərində qazandıqları 3:0 hesablı qələbəylə bağlı bunları dilə gətirib:
“Asan oyun olmadı, meydanda axıra kimi gərgin mübarizə getdi. Çox vacib qələbə idi. Çünki Premyer Liqanın ikinci hissəsində də bu xalların çox böyük əhəmiyyəti olacaq. Oyuna yaxşı köklənmişdik. Mən özüm son günləri elə yolda keçirmişdim, təyyarədə, maşında. Buna baxmayaraq, komanda kimi çox yaxşı oynadıq. Sevinirəm ki, ilk altılıqdakı yerimizi təmin etdik”.
