13 fevral 2011 17:28
Toni Adams: Qarabağ layiqli qələbə qazandı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Qarabağ”la oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, bölgə klubunun çalışdırıcısı 3 cavabsız qolla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm, bu gün çox gözəl oyun göstərdilər. Layiqli qələbə qazandılar. “Qarabağ”ın futbolçuları uzun zamandı ki, bir yerdə çıxış edir, bir-birini yaxşı başa düşürlər”.
