13 fevral 2011 20:29
Mirça Rednik: Bugünkü Neftçi daha güclü idi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Nefçti”ylə oyununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı qolsuz tamamlanan bu dəfəki “Böyük oyun”dan sonra bunları dilə gətirib:
“Bu gün ölkənin iki ən yaxşı komandası qarşılaşdı. Gərgin və maraqlı oyunun şahidi olduq. Biz ikinci hissədə daha yaxşı oynadıq. Baxmayaraq ki, heyətimizdə çoxlu yeni futbolçu var. Düz 12 yeni futbolçu. Bizə daha yaxşı oyun sərgiləmək üçün müəyyən vaxt lazımdı. İlk dövrədə bu rəqibimizə qalib gəlməyimizə baxmayaraq, bugünkü komanda həminkindən daha güclü idi. Öz imkanlarımızın sadəcə 60 faizindən yararlana bildik. Qələbə qazana bilməsək də, bərabərlik də yaxşı nəticədi. Bizi bu soyuq havada dəstəkləyən azarkeşlərimizə minnətdarlığımı bildirirəm”.
