14 fevral 2011 00:11
İki yeni xoşbəxt, növbəti iki yer üçün üç namizəd
Premyer Liqada 51 günlük qış fasiləsindən sonra gerçəkləşən yeni ilin ilk turu başa çatdı. Azerisport.az xəbər verir ki, daha çox “Böyük oyun”la yadda qalan hesabat turunda başqa maraqlı məqamlar da az olmadı.
Şübhəsiz ki, bu mənada daha çox “Qarabağ” – “Qəbələ” matçı maraqla gözlənilirdi. Axı bu görüş ilk altılığa düşmək üçün mübarizə aparan komandalar, xüsusilə “Bakı” üçün böyük əhəmiyyət kəsb edirdi. “Zolaqlılar”ın bir gün öncə “Muğan”la oyunda qızıl xallar itirməsi Qəbələ klubunu bu fürsətdən maksimum yararlanmağa vadar edirdi. Axı belədə aradakı xal fərqini daha da əlçatmaz etmək olardı. Lakin Ağdam klubu da 6 xallıq, həm də digər klubların taleyinin həll olunduğu bu qarşılaşmada mütləq qələbə qazanmaq arzusunda idi. Çünki belədə “Qarabağ” son iki oyununun nəticəsindən asılı olmayaraq, ilk altılığa vəsiqəni rəsmiləşdirmiş olacaqdı.
Gözlənildiyi kimi, bu matçda millimizin kapitanı Rəşad Sadıqovu geri qaytaran Ağdam klubu sürprizə imkan vermədi. Toni Adamsın komandasının darmadağın olması bir qədər gözlənilməz olsa da, hər halda üçüncü qolun məhz uzun müddət idi yaşıl meydanlardan kənar qalan Əfran İsmayılovdan gəlməsi bir qədər sevindirən məqam oldu. Axı bu onun zədədən sonrakı ilk oyunu idi. Beləcə əsas rəqiblərindən biri üzərində qazanılan qələbə “Neftçi” və “Xəzər Lənkəran”ın ardından “Qarabağ”ın da ilk altılığa vəsiqəni rəsmiləşdirməsi üçün yetərli oldu.
Günün digər matçında son çempion “İnter”lə autsayder “Simurq” üz-üzə gəlsə də, bu qarşılaşmanın da nəticəsi mühüm bir hadisəylə diqqətçəkən oldu. Çünki məhz vaxtilə “farm klubu” hesab olunan, hazırda isə öz iddiasızlığı diqqət çəkən “Simurq”la dueldə qazanılan 2:0 hesablı qələbə “Birlik Kuboku”nun qalibini turnir cədvəlinin üçüncü pilləsinə çıxarmaqla yanaşı, həm də ilk altılığa vəsiqə qazanmasını təmin etdi. Bir sözlə, AZAL-ın bir gün öncə xal itirməsi bu tur birdən-birə iki komandanın medallar uğrunda mübarizə aparacağını rəsmiləşdirmiş oldu.
Beləliklə, birinci mərhələnin qalan son iki turunda ilk altılığa son iki vəsiqə uğrunda 3 komanda döyüşəcək: AZAL, Qəbələ, Bakı. Onlardan hansının şanslı olacağını isə, yaxın zamanda biləcəyik.
Nəhayət, turun mərkəzi və son görüşü haqda. Turnir cədvəlinin ilk 2 pilləsinə sahiblik edən komandaların mübarizəsində qalib gələn tərəf çempionluq yolunda çox vacib nəticə qazanmış olacaqdı. Bu baxımdan “Neftçi”nin şansları daha yüksək qiymətləndirilirdi. Axı qarşılaşma Lənkəranda yox, Bakıda keçirilirdi. Digər tərəfdən paytaxt klubu qış fasiləsində elə də ciddi dəyişikliklərə əl atmadan, heyətinə 1-2 legioner qatmışdı ki, bu baxımdan “Xəzər Lənkəran”da vəziyyət tam fərqliydi. Xeyli sayda oyunçusunu yola salan, əvəzində 12 futbolçunu heyətinə qatan Mirça Rednikin komandasının müəyyən problemlərlə üzləşəcəyini proqnozlaşdırmaq olardı.
Lakin ilk dövrədəki yenilginin əvəzini çıxmaq istəyən “Neftçi” bu üstünlüklərinin heç birindən yararlana bilmədi. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə tərəflərin bir neçə dəfə fərqlənmək imkanı olsa da, yenə qol olmadı. Beləcə, ötən mövsüm baş tutan 4 qarşılaşmada olduğu kimi, bu dəfəki “Böyük oyun” da qolsuz yekunlaşdı. Halbuki, ilk dövrədə Lənkəranda baş tutan dueldə “Xəzər Lənkəran” minimal hesablı qələbəyə sevinmişdi.
Premyer Liqa
20-ci tur
Qarabağ - Qəbələ - 3:0 (0:0)
Qollar: Rauf Əliyev, 15 (1:0). Georgi Adamiya, 63 (2:0), Əfran İsmayılov, 75 (3:0).
Vərəqələr: Əfran İsmayılov, 79 - Sergey Sokolov, 63, Arif İsayev, 65 – sarı.
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 fevral 2011. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1500 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 6. Rəşad Sadiqov (20. Nderim Nedzipi, 82), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 13. Samir Abasov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 71), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (9. Elvin Məmmədov, 78).
Ehtiyat oyunçular: 99. Bojan Pavloviç, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 19. Andrey Rubins.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 12. Pavel Dorosevs, 3. Nodar Məmmədov, 5. Sergey Sokolov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva (16. Abdulkader Kamara, 86), 10. Deon Barton, 11. Con Kollins (9. Bruno dos Anjos, 59), 14. Milan Antiç, 19. Branimir Subasiç (17. Arif İsayev, 59), 21. Alhassan Banqura, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 20. Kristian Torres, 25. Nuran Qurbanov.
Baş məşqçi: Toni Adams.
İnter - Simurq – 2:0 (1:0)
Qollar: Rövşən Əmiraslanov, 25; Danildo Assioli, 69
Vərəqələr: Bronislav Çervenka, 66 - Qərib İbrahimov, 67 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
13 fevral 2011. “Şəfa” stadionu. 300 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov (23. Şəhriyar Rəhimov, 87), 12. Filip Despotovski (11. Asif Məmmədov, 44), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (6. Dmitri Kruqlov, 59), 20. Girts Karlsons, 88. Kaxaber Mjavanadze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 10. Asif Mirili, 21. Arif Daşdəmirov, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 22. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 5. Elvin Yunusov, 2. Səbuhi Həsənov, 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 28. İlkin Qırtımov (14. Anar Həsənli, 74), 15. Elvin Musazadə (19. Ramin Nəsibov, 78), 24. Fərid Quliyev (16. Samir Musayev, 62), 10. Vasif Əliyev, 7. Samir Əliyev (k).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 27. Ramil Sayadov, 3. Rasim Ramaldanov.
Baş məşqçi: Qyoko Haciyevski.
Neftçi - Xəzər Lənkəran – 0:0
Vərəqələr: Cavid İmamverdiyev, 66; Denis Silva Kruz, 80 - Elnur Abdullayev, 80 – sarı.
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 fevral 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 10000 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (18. Ruslan Əmircanov, 77), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov (11. Cavid Hüseynov, 85), 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 7. Rodriqinyo, 8. Elmar Baxşiyev, 17. Araz Abdullayev, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Simao Bruno, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 17. Hristu Kiaku (9. Aleksandr Pitsurka, 90), 27. Adrian Skarlatake, 36. Uinston Parks, (15. Emeka Opara, 65), 84. Julius Vobay (10. Elnur Abdullayev, 72).
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 18. Alim Qurbanov, 28. Kosmin Fransinesku, 30. Katalin Doman.
Baş məşqçi: Mirça Rednik.
Qeyd edək ki, bir gün öncə baş tutan oyunlarda da aşağıdakı nəticələr qeydə alınmışdı:
MOİK – Turan - 0:2, AZAL – Gəncə - 0:0, Bakı - Muğan - 1:1.
|
1
|
Neftçi
|
20
|
12
|
6
|
2
|
36-9
|
42
|
|
2
|
Xəzər Lənkəran
|
20
|
12
|
5
|
3
|
23-10
|
41
|
|
3
|
İnter
|
20
|
11
|
4
|
5
|
19-13
|
37
|
|
4
|
Qarabağ
|
20
|
11
|
3
|
6
|
24-13
|
36
|
|
5
|
AZAL
|
20
|
9
|
8
|
3
|
26-14
|
35
|
|
6
|
Qəbələ
|
20
|
8
|
6
|
6
|
19-13
|
30
|
|
7
|
Bakı
|
20
|
8
|
5
|
7
|
27-21
|
29
|
|
8
|
Gəncə
|
20
|
5
|
8
|
7
|
23-26
|
23
|
|
9
|
Muğan
|
20
|
5
|
6
|
9
|
12-23
|
21
|
|
10
|
Turan
|
20
|
3
|
6
|
11
|
16-29
|
15
|
|
11
|
Simurq
|
20
|
2
|
6
|
12
|
12-30
|
12
|
|
12
|
MOİK
|
20
|
1
|
3
|
16
|
6-42
|
6
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Rauf Əliyev (Qarabağ) – 8, Deon Barton (Qəbələ), Georgi Adamiya (Qarabağ) – 7.
