13 fevral 2011 11:54
Qəbələ İngiltərədə qol hesabını açsa da...
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası İngiltərə turnesi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, bu dəfə əyalət təmsilçisinin rəqibi “Blakcburn” olub.
“Qəbələ” qarşısına matçın ilk hissəsində 14 yaşlılarını çıxaran ingilislər, ikinci hissədə meydançaya 15 yaşlı futbolçularını buraxıblar ki, bu da oyunun nəticəsinə təsirsiz ötüşməyib. 5 gündə dördüncü oyununu keçirən “Qəbələ”nin azyaşlıları bu dəfə də məğlubiyyətlə barışmalı olublar: 1-6. “Blakcburn”ün qapısından yeganə qolu Roman Hüseynov keçirib.
Qeyd edək ki, “Qəbələ” turne çərçivəsində son oyununu fevralın 14-ü “Sheffild United”ə qarşı keçirəcək.
