15 fevral 2011 00:03
Türkiyə çempionatı: Əzəli rəqiblər çöküşdə, Fener işində (YENİLƏNİB)
Türkiyə Superliqasında 21-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Hesabat turu lider “Trabzonspor” üçün qələbəylə başa çatıb. “Galatasaray” isə yenə məğlubiyyətlə üzləşib.
İkinci oyun günündə isə son çempion "Bursaspor"un "Eskişehirspor"la səfər matçından xal itkisiylə dönməsi diqqətçəkən olub. Daha bir maraqlı məqam isə qış transfer pəncərəsində ulduz oyunçuları heyətinə qatan "Beşiktaş"ın Ankara səfərindən də məğlub dönməsi olub.
Nəhayət turun qapanış matçında "Fenerbahçe" doğma meydanda "Kayserispor"la qarşılaşıb. Əzəli rəqiblərinin çöküşdə olmasından maksimum yararlanan "sarı-lacivərdlilər" növbəti qələbəsini qazanaraq, irəliləməkdə davam ediblər. Onlar indi liderin xal itirməsi halında zirvəyə də yüksələ bilər. Təbii ki, uğurlu oyunlar seriyası davam edərsə...
Türkiyə Superliqası
21-ci tur
12 fevral
Bucaspor – Konyaspor – 3:2
Qollar: Musa, 8, Leko, 62-pen; 77 – Robak, 65; 71.
Sivasspor – Trabzonspor – 2:3
Qollar: Qrosiçki, 63, Kamanan, 84 – Jaja, 1, Burak, 71; 85.
İstanbul BB – Genclerbirliği – 0:1
Qol: Pektemek, 89.
Gaziantepspor – Galatasaray – 1:0
Qol: Sosa, 5.
13 fevral
Karabukspor - Kasımpaşa - 1:3
Qollar: Kocabey, 28 - Güleç, 36, Çolak, 42, Kala, 90.
Eskişehirspor - Bursaspor - 1:1
Qollar: Sezer, 76-pen - Ergiç, 22.
Antalyaspor - Manisaspor - 1:4
Qollar: Zituni, 4 - Tok, 7, Promise, 31, Simpson, 37, Dikson, 65.
Ankaragücü – Beşiktaş - 1:0
Qol: Serdar, 1.
14 fevral
Fenerbahçe - Kayserispor - 2:0
Qollar: Nyanq, 3, Luqano, 60.
| 1 | Trabzonspor | 21 | 14 | 5 | 2 | 44 | - | 15 | 47 |
| 2 | Bursaspor | 21 | 13 | 6 | 2 | 37 | - | 14 | 45 |
| 3 | Fenerbahce | 21 | 14 | 3 | 4 | 48 | - | 22 | 45 |
| 4 | Kayserispor | 21 | 11 | 6 | 4 | 27 | - | 17 | 39 |
| 5 | Gaziantepspor | 21 | 9 | 7 | 5 | 20 | - | 16 | 34 |
| 6 | Besiktas | 21 | 9 | 5 | 7 | 32 | - | 23 | 32 |
| 7 | Manisaspor | 21 | 10 | 1 | 10 | 34 | - | 32 | 31 |
| 8 | Istanbul BB | 21 | 9 | 2 | 10 | 27 | - | 24 | 29 |
| 9 | Eskisehirspor | 21 | 7 | 8 | 6 | 22 | - | 22 | 29 |
| 10 | Galatasaray | 21 | 9 | 2 | 10 | 24 | - | 26 | 29 |
| 11 | Karabukspor | 21 | 7 | 5 | 9 | 32 | - | 35 | 26 |
| 12 | Antalyaspor | 21 | 6 | 7 | 8 | 21 | - | 28 | 25 |
| 13 | Ankaragücü | 21 | 6 | 7 | 8 | 28 | - | 35 | 25 |
| 14 | Genclerbirliği | 21 | 6 | 6 | 9 | 19 | - | 30 | 24 |
| 15 | Bucaspor | 21 | 4 | 6 | 11 | 17 | - | 31 | 18 |
| 16 | Sivasspor | 21 | 3 | 7 | 11 | 21 | - | 39 | 16 |
| 17 | Konyaspor | 21 | 3 | 6 | 12 | 19 | - | 33 | 15 |
| 18 | Kasimpasa | 21 | 2 | 5 | 14 | 18 | - | 48 | 11 |
