13 fevral 2011 19:54

Böyük oyun yenə qolsuz bitdi (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonrakı ilk – 20-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 oyun baş tutub.
 
"Qarabağ" "Qəbələ"ni, son çempion "İnter" "Simurq"u məğlub yola salıb. Günün əsas matçı liderlər - “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilib və görüşdə hesab açılmayıb.
 
Premyer Liqa
20-ci tur
13 fevral (bazar)
 
NEFTÇİ - XƏZƏR LƏNKƏRAN - 0:0
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
İlk dəqiqələrdən meydan sahibləri fəaldı. Öncə cərimə zərbəsi yerinə yetirən bakılıların yaxın məsafədən çərçivəyə düşmək imkanı olsa da, onlara azca dəqiqlik çatışmadı.
Matçın əvvəlindən futbolçular arasında gərginlik var
"Xəzər Lənkəran" nisbətən oyunda tarazlıq yaradır
12-ci dəqiqədə "Neftçi" yenidən rəqib qapısı önündə ciddi təhlükə yaradır, lakin hesab dəyişməyib
14. XL-ın ilk təhlükəli qol vəziyyəti Vobaydan gəlir. Onun yaxın məsafədən zərbəsini son anda Rauf Mehdiyev tutur
Meydan sahiblərinin yerinə yetirdiyi küns zərbəsi zamanı Denis Silva topu qapının üstündən vurur
Nasimov əla imkan qazansa da, yararlana bilmir
XL-ın heyətində Parks daha çox tez-tez ofsayda düşməsilə diqqət çəkir
"Neftçi" cərimə zərbəsindən lazımınca faydalana bilmir
42-ci dəqiqədə Nasimov cənubluların cərimə meydançası daxilində yerdə qalsa da, hakim penalti olmadığını bildirir
XL hesabı açmağa çox yaxın olsa da, Parks fərdi ustalığı sayəsində bir neçə rəqib müdafiəçini keçdikdən sonra qapıya dəqiq zərbə endirə bilmədi və Rail təhlükəni sovuşdurdu
Birinci hissə qolsuz başa çatdı
İkinci hissəyə XL təhlükəli başladı. Lakin Parks təkbətək çıxdığı Raufla mübarizədən məğlub ayrıldı
Nasimov da inanılmaz epizodu dəyərləndirə bilmədi. O da Kamranla üz-üzə qalsa da, zərbəsini çox pis vurdu və qapıçı onu dəf etməyi bacardı
Simao Bruno hesabı açmağa yaxın idi. Son anda müdafiəçilər onu zərərsizləşdirə bildi
65. Uinston Parksı Emeka Opara əvəzləyir
XL çox gözəl imkandan yararlana bilmir. Mitreskinin kobud səhvindən sonra qonaqların yaxın məsafədən zərbəsi qapının azca yanından keçdi
72. Julius Vobayı Elnur Abdullayev əvəzləyir
74. Adrian Pitə qarşı cərimə meydançası yaxınlığında kobudluq edilir. Zərbəni Elvin Beqiri yerinə yetirsə də, Rauf Mehdiyev əla reaksiya ilə qola imkan vermir
77. Bir qədər öncə zədələnən Rail Məlikov yerini Ruslan Əmircanova vermək məcburiyyətində qalır
79. Denis Silva ilə Elnur Abdullayev arasında gərginlik yaranır. Vüsal Əliyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırır
80. Oparanın zərbəsini Mehdiyev çətinlik çəkmədən zərərsizləşdirir
85. Mirhüseyn Seyidovu Cavid Hüseynov əvəzləyir
89. XL-da son əvəzləmə: Hristu Çiakunu Aleksandr Pitsurka əvəzləyir
3 dəqiqə əlavə vaxt təyin edilir
Ötən mövsüm baş tutan 4 oyunda olduğu kimi, bu dəfə də "Böyük oyun" qolsuz başa çatır. Baxmayaraq ki, cari mövsüm Lənkəranda keçirilən görüşdə meydan sahibləri minimal hesablı qələbəyə sevinmişdi.
 
İNTER - SİMURQ - 2:0 (1:0)
Qol: Rövşən Əmiraslanov, 25 (1:0), Danildo Assioli, 69 (2:0).
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov.
Bakı. "Şəfa" stadionu.
 
QARABAĞ - QƏBƏLƏ - 3:0 (1:0)
Qollar: Rauf Əliyev, 14 (1:0), Georgi Adamiya, 63 (2:0), Əfran İsmayılov, 74 (3:0).
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
  
Qeyd edək ki, dünən baş tutan oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı:
MOİK – Turan - 0:2, AZAL – Gəncə - 0:0, Bakı - Muğan - 1:1.
 
1
Neftçi
20
12
6
2
36-9
42
2
Xəzər Lənkəran
20
12
5
3
23-10
41
3
İnter
20
11
4
5
19-13
37
4
Qarabağ
20
11
3
6
24-13
36
5
AZAL
20
9
8
3
26-14
35
6
Qəbələ
20
8
6
6
19-13
30
7
Bakı
20
8
5
7
27-21
29
8
Gəncə
20
5
8
7
23-26
23
9
Muğan
20
5
6
9
12-23
21
10
Turan
20
3
6
11
16-29
15
11
Simurq
20
2
6
12
12-30
12
12
MOİK
20
1
3
16
6-42
 6
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev (Qarabağ) – 8, Georgi Adamiya (Qarabağ) – 7.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.