13 fevral 2011 00:15

AZAL və Bakı günahı kimdə axtarmalıdı?

Premyer Liqada 51 günlük qış fasiləsi başa çatdı. Azerisport.az xəbər verir ki, cari mövsümün yeni ilə təsadüd edən ilk turunun birinci oyun günündə 3 qarşılaşma baş tutdu.
 
Açılış oyununda iki autsayder - MOİK və Turan üz-üzə gəldi. Nə qədər təəssüf doğuran məqam olsa da, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda (!) keçirilən görüşdə hər iki komanda qonaq qismində çıxış edirdi. Lakin “hərbçilər” nominal meydan sahibi statusuna malik idi.
 
Heyətini bir sıra aparıcı klubların gənc oyunçularıyla gücləndirən MOİK-in sürprizə imza atacağını düşünmək olardı. Baxmayaraq ki, sonuncu pillədə qərarlaşan bu komandanın əsas rəqiblərindən olan Tovuz klubu da fasilədən maksimum yararlanmışdı. Köhnə-yeni baş məşqçisi Naci Şensoyun rəhbərliyi altında bir sıra transferlər də həyata keçirən bölgə təmsilçisinin çempionatın aşkar autsayderi ilə görüşdə xal itirməyəcəyi daha inandırıcı görünürdü. Gözlənildiyi kimi də oldu və Şensoyun komandası səfərdən 2 cavabsız qolla qazanılan 3 xalla qayıtmağa nail oldu. Ən əsası isə, bu xallar sayəsində “Turan” MOİK-lə yanaşı, “Simurq”dan da aralanmağa nail oldu.
 
İlk altılıqdakı yerini təmin etməyi rəsmiləşdirmək istəyən AZAL isə doğma meydanda “Gəncə” ilə qarşılaşırdı. Hansı ki, iddiası qalmayan bölgə təmsilçisi sadəcə ikinci altılıqda lider olmaq üçün xal ehtiyatını artırmaq haqda düşünə bilərdi. Nazim Süleymanovun rəhbərlik etdiyi paytaxt klubu isə cari mövsüm kifayət qədər iddialı idi və bu görüşdən də qalib ayrılmaqla liderlərdən hansısa birinin və ya hər ikisinin xal itkisindən maksimum yararlanmağı hədəfləyirdi. Ancaq nə qədər gözlənilməz olsa da, Fuad İsmayılovun komandası bu rəqibini büdrətməyi bacardı.
 
Oyundan sonra Nazim Süleymanovun rəqib komandanın hansısa klublar tərəfindən stimullaşdırıldığını iddia etməsi də onların xal itkisi qədər sürpriz oldu. Lakin bu iddianın nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək bir qədər çətindi. Hər halda qarşıdakı turlarda “Gəncə” iddialı çıxışını davam etdirə bilməsə, ola bilər ki, müəyyən şübhə yaransın. Amma istənilən halda AZAL bu xal itkisinə görə günahı ilk növbədə özündə axtarmalıdı. Rəqibin iddialı və ya iddiasız olmasından asılı olmayaraq, hər bir komanda hər bir rəqibinə qarşı son dərəcə ciddi hazırlaşmalıdı.
 
İlk oyun gününün ən prinsipial qarşılaşması isə “Bakı” və “Muğan” arasında baş tutdu. Vinfrid Şeferin rəhbərliyi altında cari mövsümün indiyəqədərki dövrünü demək olar ki, boşa verən “zolaqlılar” qış transfer pəncərəsində ciddi transferlər etmədi. Əksinə bir neçə oyunçuyla yollarını ayıran paytaxt klubu Jaba və Roşa kimi aparıcı futbolçuların da xidmətindən də imtina edib. Klubun əsas transferi olan latviyalı mütəxəssis Aleksandr Starkovun belə çətin durumda komandaya nə dərəcədə faydalı olacağı isə böyük maraq doğururdu.
 
Axı ilk altılıqdan kənarda qalmaq təhlükəsiylə üz-üzə olan “zolaqlılar”ın taleyi heç də öz əlində deyildi. Digər rəqiblərinin xal itkisinə ümid bəsləyən “Bakı” belədə ən azı özünün son 3 matçında mütləq qələbə qazanmalıydı. Lakin ilk dövrədə Salyanda qələbə qazanan “Muğan” bu dəfə də “zolaqlılar”a qənim kəsildi. Baxmayaraq ki, paytaxt klubu erkən qola sevinəndə, matçın belə nəticələnəcəyini düşünmək olmazdı. Gəl ki, fasilədən dərhal sonra qol vuran salyanlılar bu dəfə də “Bakı”ya böyük zərbə vurmuş oldular. Bu turda “Qəbələ”nin “Qarabağ”a uduzmasını arzulayan Starkovun komandası indi bu arzusuna çatsa belə, Toni Adamsın komandasını qabaqlaya bilməyəcək.
 
Premyer Liqa
20-ci tur
 
MOİK - Turan - 0:2 (0:1)
Qollar: Georgi Çediya, 26 (0:1). Yasin Abbasov, 66 (0:2).
Vərəqələr: Ruhid Usubov, 22; Ramin Tanrıverdiyev, 38; Ramil Əliyev, 88 - Rəşid Həsənov, 48; Martin Kerçev, 80; Yasin Abbasov, 90 - sarı.
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əmir Zamanov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
12 fevral 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
 
MOİK: 1. Səlahət Ağayev, 3. Ramin Tanrıverdiyev, 4. Vüqar Əsgərov, 5. Natiq Əkbərov, 6. Emin Mustafayev (19. Səbuhi İsmayılov, 82), 7. Nizami Hacıyev, 8. Rəfael Qəvami (15. Murad Səttarlı, 68), 11. Ruhid Usubov (17. Azər Həşimov, 64), 14. Tural İsgəndərov, 23. Tural Nərimanov, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Taryel Hüseynov, 16. Cavidan Ağayev, 18. Nicat Tağıyev, 55. Adil Pişyari.
Baş məşqçi: Ramil Əliyev.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 6. Elnur Abbasov, 8. Akif Tağıyev, 16. Oleq Qvelesiani, 19. Rəşid Həsənov (14. Viktor Qonta, 66), 20. Georgi Beriaşvili, 24. Georgi Çediya (7. Qalib Əmrahov, 90+2), 25. Martin Kerçev, 26. Boris Kondev (28. Yasin Abbasov, 57).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 10. Xəyal Qarayev, 21. Rəşad Orucov, 22. Məhərrəm Müsümzadə.
Baş məşqçi: Naci Şensoy.
 
AZAL - Gəncə - 0:0
Vərəqə: Şahin Kərimov, 13 – sarı.
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə -  yoxdur; II hissədə - 3 dəq.
12 fevral 2011. “Şəfa” stadionu. 500 tamaşaçı.
 
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 13. Draqan Mandiç (11. Zohair Benouahi, 70), 15. Qvidas Yuska (24. Enyo Krastovçev, 46), 20. Gennadi Bliznyuk (23. Pius İkedia, 46), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Mensur Limani, 17. Vüsal Qarayev, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Gəncə: 1. Edis Kurtanoviç, 7. Ramal Hüseynov (5. Mətləb Məmmədov, 78), 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 8. Armand Fuetçine, 20. Vüsal Hüseynov, 24. Vladimir Kozlenko, 13. Zura Dzamsaşvili (28. Patrik Nukeu, 80), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 23. Junivan Suares (25. Kristaps Qrebis, 70).
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 14. Asəf Qədiri, 17. Renat Sultanov, 9. Samir Abdulov.
Baş məşqçi: Fuad İsmayılov.
 
Bakı - Muğan - 1:1
Qollar: Əziz Quliyev, 5 (1:0). Elşən Məmmədov, 48 (1:1).
Vərəqələr: Aleksandar Soliç, 35; Vadim Borets, 50; Əziz Quliyev, 65; Adnan Barakat, 69. Samuel Barlay, 86 – sarı.
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Həşimov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 fevral 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 400 tamaşaçı.
 
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 9. Vaqif Cavadov, 11. Adnan Barakat (2. Saşa Kaykut, 83), 15. Cəmşid Məhərrəmov (k), 29. Əziz Quliyev (7. Mahmud Qurbanov, 77), 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa, 77. Aleksandar Soliç (55. Junior Osvaldo, 69).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 12. Vyaçeslav Sofroni, 18. Radomir Todorov, 20. Fabio Luis Ramim.
Baş məşqçi: Aleksandr Starkov.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Elşən Məmmədov (11. Con Pelu, 80), 10. Saşko Pandev (39. Hüseyn Axundov, 72), 14. Fərid Həşimzadə, 18. Samuel Barlay, 30. Anxel Qutyerres, 77. Reys Klaudiney (23. Georgi Qulordava, 90+2).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 16. Sergey Çernışev, 17. Ravi Rəhmanov, 19. Zaur Əsədov.
Məşqçi: Bəhmən Həsənov.
 
Hesabat turunun qalan görüşləri bu gün keçiriləcək:
13 fevral
 
Qarabağ - Qəbələ
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
 
İnter - Simurq
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
Neftçi - Xəzər Lənkəran
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
1
Neftçi
19
12
5
2
36-9
41
2
Xəzər Lənkəran
19
12
4
3
23-10
40
3
AZAL
20
9
8
3
26-14
35
4
İnter
19
10
4
5
17-13
34
5
Qarabağ
19
10
3
6
21-13
33
6
Qəbələ
19
8
6
5
19-10
30
7
Bakı
20
8
5
7
27-21
29
8
Gəncə
20
5
8
7
23-26
23
9
Muğan
20
5
6
9
12-23
21
10
Turan
20
3
6
11
16-29
15
11
Simurq
19
2
6
11
12-28
12
12
MOİK
20
1
3
16
6-42
 6
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev (Qarabağ) – 7, Georgi Adamiya (Qarabağ) – 6.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.