13 fevral 2011 00:23
Mançester derbisində fantastik qol (VİDEO)
İngiltərə Premyer Liqasının 27-ci turu Mançester derbisiylə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, bu şəhərin iki təmsilçisi olan “Manchester United”lə “Manchester City” “Old Trafford”da münasibətlərinə aydınlıq gətirdilər. Görüşü çempionatın lideri olan “qırmızı şeytanlar” 2:1 hesabıyla qazanarkən, meydan sahiblərinin hücumçusu Ueyn Runi də vurduğu fantastik qolla komandasına vacib qələbə qazandırmış oldu. Həmin qolu sizə də təqdim edirik.
