14 fevral 2011 01:48
Vüqar Nadirov: Həmin oyunlarda da qələbə qazanmağa borcluyuq
Azərbaycan yığma komandasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3 cavabsız qolla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Qələbəyə görə sevinirəm. Bu 3 xal bizim üçün çox vacib idi. Bizim oyunumuz alındı. Düzdü, güclü kükək çox problem yaradırdı. Ancaq buna baxmayaraq, komandamız qələbə qazana bildi. Unutmamalıyıq ki, qarşıda da iki oyunumuz var. İlk altılığa düşməyi təmin etsək belə, həmin oyunlarda da qələbə qazanmağa borcluyuq”.
