14 fevral 2011 01:56
Gözəllər Qarabağ`ın məşqində
“Qarabağ”ın dünən “Qəbələ”ni darmadağın etdiyi (3:0) oyuna komandanın başqanı Tahir Gözəl də şahidlik etdi. Azerisport.az xəbər verir ki, o, oyunun ardından qardaşı Əhməd Gözəllə birlikdə dərhal aşağı yaş qruplarından ibarət komandanın məşqini ziyarət edib.
Gözəlləri 17 yaşlıların məşqində aşağı yaş qruplarının koordinatoru Hemdi Serpil Tüzün qarşılayıb. Tahir bəylə Hemdi Serpil Tüzün uzun müddət məşqi seyr ediblər, türkiyəli əfsanəvi uşaq məşqçisi Tahir bəyə uşaqlar barəsində bir-bir məlumat verib. Ardından isə futbolçularla görüş keçirilib.
Tahir Gözəl yeniyetmələrə “Qarabağ”ın sabahı olduqlarını bildirərək əllərinə düşən şansı yaxşı dəyərləndirilmələrinin vacibliyini vurğulayıb.
