14 fevral 2011 02:04
Sadıqov: Rodriqinyonu daha vacib oyunlarda döyüşə atacağıq
“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov dünən keçirilən “Xəzər Lənkəran”la oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında “ağ-qaralar”ın rəhbəri bunları dilə gətirib:
“Bu gün yaxşı oyunun şahidi olduq. Hansı ki, hər iki komanda özünü yaxşı tərəfdən göstərə bildi. Təəssüf ki, Emil Mpenza yox idi. Bu üzdən Nasimov da başqa cür oynayırdı. Qeyd etdiyiniz kimi, yenilərimizdən Rodriqinyo ilə Yasin Himanı meydana buraxmadıq. Onları qarşıdakı daha vacib oyunlarımızda döyüşə atacağıq. Ona görə ki, “altılıq”da bizi daha maraqlı və çətin mübarizə gözləyir”.
