14 fevral 2011 14:14
İnter`in futbolçuları keçmiş SSRİ məkanının ən yaxşıları arasında
Rusiyanın tanınmış “Sport-Ekspress” idman qəzeti 2011-ci ilin yanvar ayı üzrə postsovet məkanında ən yaxşı futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verr ki, siyahıda “İnter” komandasının futbolçularının da adları var.
Belə ki, ilk altılığa Azərbaycan çempionunun hücumçusu Girts Karlsons və qapıçısı Georgi Lomaya da düşüblər. Sorğunun nəticələrinə görə, Karlsons 29 bal toplamaqla 5-ci, Lomaya isə 23 balla 6-cı yeri tutub.
Bundan başqa, “Sport-Ekspress” qəzeti yanvar ayında baş vermiş 5 əsas idman hadisəsinin adını da açıqlayıb və “İnter”in qalib gəldiyi “Birlik Kuboku” turniri də 2-ci yerdə göstərilib.
