14 fevral 2011 14:21
Araz Abdullayev Everton`un düşərgəsinə yollandı
"Neftçi"nin gənc yetirməsi Araz Abdullayev İngiltərənin "Everton" klubunun məşqlərində iştirak edəcək. Azerisport.az xəbər verir ki, klublar arasındakı razılığa əsasən, Araz Abdullayev artıq bu gün İngiltərəyə yollanıb.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən, bu gənc futbolçunun komandanın düşərgəsində ilk məşqi olacaq. "Neftçi" klubu gənc futbolçunun İngiltərəyə yollanması məsələlərinin operativ şəkildə həll edilməsində köməklik göstərən AFFA rəhbərliyinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə təşəkkürünü də bildirib.
