14 fevral 2011 15:38
Kazbek Tuayev: Bakı`da əcnəbi məşqçilərin işləməsini alqışlamıram
Yığma komandamızın sabiq baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev “Bakı” və yerli məşqçilərin fəaliyyətinə dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, paytaxtın eyniadlı klubuna sadəcə prezidentinə görə azarkeşlik etdiyini dilə gətirib:
“Bakı” gənc klubdu. Son zamanlar Azərbaycanda futbolun inkişafı naminə böyük işlər görən səxavətli insanlardan biri “Bakı”nın prezidenti Hafiz Məmmədovdu. Bu insan milli futbolumuz üçün əvəzolunmaz işlər görür. Yeni futbolçu nəsli yetişdirməklə məşğuldu. Gələcək nəsillərin də istifadə edəcəyi böyük bir idman kompleksi inşa etdirir. Belə adamların qədrini bilmək, onları qorumaq lazımdı. Mən “Bakı”ya onun prezidentinə görə azarkeşlik edirəm”.
Daha sonra azərbaycanlı mütəxəssislərin fəaliyyətini dəyərləndirən Tuayev yerli məşqçilərini işinin onu qane etdiyini söyləyib: “Asif Əliyevdən başlayaraq bütün yerli məşqçilərin “Bakı”dakı fəaliyyətini alqışlayıram. Futbolu onun içindən çıxmış adamlara etibar etmək lazımdı. Veteranların, keçmiş futbolçuların təcrübəsindən mütləq yararlanmalıyıq. Açığı, mən “Bakı”da əcnəbi məşqçilərin işləməsini alqışlamıram. Bizdə futbolçu yetişdirən yetərincə uşaq məşqçiləri var. Bu şəraiti onlara yaratmaq lazımdı. Yerli məşqçilərin işi məni qane edir. Onlara uğurlar arzu edirəm” - deyə o, "Toplu Bakı" jurnalına açıqlamasında qeyd edib.
