14 fevral 2011 15:51
"Muğan`la heç-heçə bizə problem yaradacaq"
“Bakı”nın belçikalı yarımmüdafiəçisi İbrahim Karqbo Premyer Liqanın qış fasiləsindən sonrakı ilk – 20-ci turunun “Muğan”la oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, mütləq qələbə qazanmalı olduqları bu görüşdən heç-heçəylə (1:1) ayrılmalarını belə dəyərləndirib:
“Qarabağ”ın “Qəbələ” üzərindəki qələbəsi bizim üçün çox yaxşı oldu. Bu, bizim “altılığ”a düşmək şanslarımızı saxladı. Əlbəttə, “Muğan”la ev oyunundakı heç-heçə bizi qətiyyən sevindirə bilməz. Bu, bizim üçün növbəti böyük bir problem yarada bilər. Ancaq biz inanırıq ki, ilk altılığa düşə biləcəyik. Aleksandr Starkova gəlincə, etiraf edim ki, ona kimi, komandamızda nizam-intizam heç də qaydasında deyildi. Ancaq onun gəlişindən sonra hər şey düzəlib. Starkovla “Bakı” nəyə qadir olduğunu göstərə biləcək”.
