14 fevral 2011 16:17
“Ailəmə görə Azərbaycanı tərk etməyə borclu idim”
Azərbaycanın U-15 və U-17 futbol komandalarının sabiq baş məşqçisi Oliver Pilzer bundan sonrakı karyerasının Qazaxıstanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, bu ölkənin 17 yaşlılardan ibarət millisinin baş məşqçisi təyin edilib.
Qazax mətbuatının yaydığı informasiyaya görə, bu məlumatı Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Viktor Katkov da rəsmən təsdiqləyib. Pilzer isə bu ölkədən olan həmkarlarımıza Azərbaycandan gedişinin səbəblərindən danışıb: “Səbəb sadədi: onun saçları ağappaqdı və 18 aylıqdı. Bu səbəbin adı Feliksdi. O, mənim oğlumdu. Fikrimcə, federasiya məni başa düşdü. Çünki ailəmə geri qayıtmağa borclu idim”.
