14 fevral 2011 17:02

Qəbələ üçün İngiltərədə Tofiq Bəhramov Kuboku

“Qəbələ”nin 14 yaşa qədər futbolçularından ibarət komandası bugün İngiltərə turnesi çərçivəsində Bakı vaxtı ilə saat 22:00-da son oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “Sheffild United” və təmsilçimiz arasında baş tutacaq matç daha bir yeniliklə əlamətdar olacaq.
 
Belə ki, komandalar həm Azərbaycan, həm də İngiltərə futbol tarixinə adını qızıl hərflərlə yazdırmış tanınmış hakimimiz Tofiq Bəhramovun adına təsis olunan kubok uğrunda mübarizə aparacaqlar. Belə bir təkliflə çıxış edən “Sheffild United” klubu bu addımı atmaqla həm də Azərbaycan və İngiltərə futbolu arasındakı əlaqələri genişləndirməyi hədəfləyir.
 
Matç öncəsi açıqlama verən klubun icraçı direktoru Trevor Birç qarşılaşmanın önəmindən danışıb: “Tofiq Bəhramov həm Azərbaycanın, həm də İngiltərənin milli qəhramanıdır. Məhz buna görə, qarşılaşmanın məhşur hakimin adı ilə bağlı olmasını təklif  etdik və təklifimiz müsbət dəyərləndirildi. Bu addım həm ölkələrimiz, həm də klublarımız arasındakı futbol ənənələrinin inkişafına təkan olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.