14 fevral 2011 17:44
Bakı`ya daha bir zərbə
İlk altılığa düşməkdə işlərini çətinləşdirən “Bakı”nı zədə epidemiyası izləməkdə davam edir. Azerisport.az xəbər verir ki, xorvatiyalı futbolçu Aleksandar Soliç “Muğan”la oyunda aldığı zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu gün Mərkəzi Gömrük Qospitalında müayinə zamanı sağ dizinin iç yan bağında ikinci dərəcəli dartılma aşkarlanan Soliçin martın ilk həftəsinədək oynaya bilməyəcəyi açıqlanıb. Bununla da 28 yaşlı yarımmüdafiəçi daha əvvəl zədələnən və əməliyyat olunan Ernad Skuliç, müalicə alan Stefan Borbikoni və əzələsini dartan Rafael Əmirbəyovun sırasına qoşulub.
