15 fevral 2011 00:00
Millimizin sabiq üzvü oynayır, komandası qələbələri sıralayır
Türkiyənin Bank Asiya birinci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azerisport.az xəbər verir ki, yığmamızın sabiq milliləşən müdafiəçilərindən olan Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu” səfərdə “Diyarbakırspor”un qonağı olub.
Qarşılaşma “Karvan”ın sabiq müdafiəçisinin çıxış etdiyi komandanın qələbəsi ilə nəticələnib – 2:0. Matçdakı hər iki qolu 4-cü və 85-ci dəqiqələrdə fərqlənən Adəm Böyük vurub. Ernani əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də start heyətində meydana çıxıb və 90 dəqiqəni əvəzedilmədən keçirib.
Bu nəticədən sonra xallarının sayını 31-ə çıxardan “Mersin İdman Yurdu” hazırda 8-ci pillədə qərarlaşıb. Birinci dövrədə İlqar Qurbanovun da çıxış etdiyi bu komanda növbəti turda “Karşıyaka”nı qəbul edəcək.
