15 fevral 2011 00:08
Qış yuxusuna son
Bu gün Avropanın yaşıl meydanlarında avrokuboklar həyəcanının növbəti dalğasına start verilmiş olacaq. Azerisport.az xəbər verir ki, qitənin müxtəlif yaşıl meydanlarında həm Çempionlar Liqasının, həm də Avropa Liqasının pley-off mərhələsinin görüşlərinə start veriləcək.
Məlum olduğu kimi, qrup mərhələsini qalib kimi başa vuran hər iki turnirin iştirakçıları o dövrdən bəri istirahətdə idilər. Lakin artıq bu fasilə bu gün rəsmən başa çatır. İlk olaraq, Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində 1 oyun baş tutacaq. Yeri gəlmişkən, bu turnirin qalan bütün görüşləri əslində fevralın 17-də baş tutacaq. Lakin Yunanıstan “Aris”i ilə İngiltərənin “Manchester City” klubu arasındakı görüş ertələnib.
Futbolsevərlərin əsas diqqəti isə Çempionlar Liqasının 1/8 final mərhələsinin görüşlərinə yönələcək. Hansı ki, bu gün İtaliya və İspaniyada baş tutacaq iki görüşlə start götürmüş olacaq. “Milan” doğma meydanda “Tottenham”lə, “Valencia” isə “Schalke” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Daha maraqlı görüşlər isə sabah təsadüf edəcək. Çünki son illərdə hətta bu turnirin finalında da üz-üzə gəlmiş “Arsenal” doğma meydanda “Barcelona”nı qəbul edəcək. Cari mövsüm İtaliya çempionatında heç də uğurlu çıxış edə bilməyən “Roma” isə qrup mərhələsini lider kimi bitirən “Shakhtar”la münasibətlərinə aydınlıq gətirməlidi.
Qeyd edək ki, bu mərhələnin digər 4 görüşü iki həftə sonra baş tutacaq. Hər halda həmin cütlüklərin də qarşılaşacaqları tarixlə tanış ola bilərsiz.
Çempionlar Liqası
1/8 final
15 fevral
23:45. Milan (İtaliya) – Tottenham (İngiltərə)
23:45. Valencia (İspaniya) – Schalke (Almaniya)
16 fevral
23:45. Arsenal (İngiltərə) – Barcelona (İspaniya)
23:45. Roma (İtaliya) – Shakhtar (Ukrayna)
22 fevral
23:45. Olympique (Lion, Fransa) – Real (Madrid, İspaniya)
23:45. Copenhagen (Danimarka) – Chelsea (İngiltərə)
23 fevral
23:45. Olympique (Marsel, Fransa) - Manchester United (İngiltərə)
23:45. Inter (İtaliya) - Bayern (Almaniya)
Avropa Liqası
1/16 final
15 fevral
21:00. Aris (Yunanıstan) - Manchester City (İngiltərə)
17 fevral
22:00. Anderlecht (Belçika) - Ajax (Hollandiya)
22:00. BATE (Belarus) - Paris S.G. (Fransa)
22:00. Benfica (Portuqaliya) – Stuttgart (Almaniya)
22:00. Beşiktaş (Türkiyə) - Dynamo (Kiyev, Ukrayna)
22:00. Lech (Polşa) – Braga (Portuqaliya)
22:00. Napoli (İtaliya) – Villarreal (İspaniya)
22:00. Rubin (Rusiya) - Twente (Hollandiya)
00:05. Basel (İsveçrə) - Spartak (Moskva, Rusiya)
00:05. Lille (Fransa) - PSV (Hollandiya)
00:05. Metalist (Xarkov, Ukrayna) - Bayer (Almaniya)
00:05. PAOK (Yunanıstan) - CSKA (Moskva, Rusiya)
00:05. Rangers (Şotlandiya) - Sporting (Portuqaliya)
00:05. Sevilla (İspaniya) – Porto (Portuqaliya)
00:05. Sparta (Çexiya) – Liverpool (İngiltərə)
00:05. Young Boys (İsveçrə) – Zenit (Rusiya)
