14 fevral 2011 00:19
Anji`dən Şükürovsuz qələbə
Rusiya Premyer Liqasının növbəti mövsümünə hazırlıqlarını davam etdirən “Anji” növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun forma geydiyi, Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı Mahaçqala klubu bu dəfə Ukraynanın “Obolon” klubuyla qarşılaşıb.
Qarşılaşma 1:0 hesabıyla Hacı Hacıyevin yetirmələrinin xeyrinə başa çatıb. Lakin baş məşqçi bu dəfə Mahirə oynamaq şansı yaratmayıb. Həmyerlimizin meydana buraxılmamasının dəqiq səbəbi bilinməsə də, çox güman ki, məşqçilər korpusu daha çox baxışda olan futbolçulara üstünlük veriblər.
